Sidik kisəsi xərçənginə görə Radikal sistektomiyadan sonra modifikasiya olunmuş üsualla aparılmış ortotopik ileosistoplastika

Musayev T.N.

Milli Onkologiya Mərkəzi

Açar sözlər:sidik kisəsi xərçəngi, sistektomiya, ileosistoplastika, sidik axarı-rezervuar anastomozu

Bu araşdırma radikal sistektomiyanın effektivliyinin artırılması üçün aparılmışdır. Araşdırmaya 121 xəstə daxil olmuşdur, hansı ki iki qrupa bölünmüşdür. Xəstlərin orta yaşı 56,9 (40-75) təşkil etmişdir. İlk qrup xəstələrə (n=62) bizim təklif etdiyimiz,  xüsusi ileosistoplastika əməliyyatı yerinə yetirilmişdir, digər 59 xəstələrə Xautman üsulu ilə ortotopik bərpa aparılmışdır. Sidik axarı-rezervuar anastomozunun (SRA) daralması və tamlığının pozulması, həmçinin əks istiqamətdə reflüks və infeksiyalaşmaqiymətləndirilmişdir. SRA tamlığının pozulması xüsusi üsula aparılmış ileosistoplastika əməliyyatı zamanı 1,6% (n=1) olmuşdur, bu göstərici kontrol qrupda 8,5% (n=5) təşkil etmişdir. Müqayisəli təhlil bu fərqlərin statistik əhəmiyyətini göstərdi (р<0,001). Daralmalar ilk qrupda 3,2% (n=2), kontrol qrupda isə 5,1 % (n=3) hallarda olmuşdur. Müşahidə dövrü ərzində xüusui üsulla icra olunmuş ileosistoplastika zamanı reflüks izlənməmişdir. Kontrol qrupda reflüks göstəricisi 11,9% çatmışdır. İnfeksiyalaşma göstəriciləri müşahidə qrupunda 6,5%, kontrol qrupda isə 27,1 % təşkil etmişdir.

Beləliklə xüsusi üsulla aparılmış islesistoplastika əməliyyatı nəticələrin daha yaxşı olmasını təmin edir və məhz buna görə kliniki praktikaya yeridilməsinə zəmin yaradır.