Prostat vəzin kistası – yaranma səbəbləri, diaqnostikası və müalicəsi
Prostat vəzin kistası xoş xassəli, boşluğunda qatı maye olan bir yenitörəmədir. Ədəbiyyətdə müxtəlif mənblərə qörə prostat vəzin kistalarının rast gəlmə tezliyi 8-10% arasında dəyişir. Prostat vəzin kistaları əsasən 35-55 yaş arasında rast qəlir. Kistalar anadan qəlmə (10% hallarda) və ya sonradan bəzi prostat vəzin xəstəlikləri fonunda yarana bilər.
Kişilərdə prostat kistası aşağıdakı səbəblərdən yarana bilər:
- Hipersekresiya – prostat şirəsinin həddindən artıq ifrazı;
- Prostat vəzin adenoması və digər xoşxassəli böyümələr;
- Cinsi fəaliyyətin nizamsızlığı – qeyri regulyar olduğu hallar;
- Müalicə olunmamış uroloji xəstəliklər – prostatit və s.;
- Kişi cinsiyyət orqanlarında onkoloji proseslər;
- Zərərli istehsal faktorları – vibrasiya, ağır yüklərin qaldırılması;
- Prostat kanallarının tıxanması;
- Hərəkətsiz həyat tərzi – prostat toxumalarında durğun prosesləri ;
- Kiçik çanaqdakı travma və uğursuz cərrahi müdaxilələr;
- Alkoqoldan sui-istifadə.
Şikayyətlər:
- Sidik ifrazının çətinləşməsi və sidik ifrazının ləngiməsi;
- Perineumda (aralıqda), düz bağırsaq və kiçik şanaqda ağrı;
- Sidikdə qan izləri;
- Skrotumda (xayalıqda) narahatlıq və ağrı (epididimit);
- Cinsiyyət bölgəsindəki problemlər – ereksiyanın zəifləməsi, erkən boşalma, cinsi əlaqə zamanı narahatlıq;
- Boşalma zamanı sperma həcmində azalma.
- Bunlar üzə verən və nəzərə çarpan şikayyətlərdi. Gizli keçən prostat vəzinin kistalardan qaynaqlanan – kişi sonsuzluğudur.
Diaqnostikası:
- Qanda PSA təyini (yaşı 45 və yüxarı olan kişilərdə)
- Prostat vəzin barmaq müayinəsi
- TRUSM – transrektal ultrasəs müayinəsi
- MRT və a KT müayinəsi
Müalicə:
- Transrektal USM altında kistanın punksiyası
- Kistanın prostat vəzində yerləşməsindən lokalizasiyasından asılı olaraq laparoskopik carrahi müdaxilə:
- Transuretral rezeksiya (TUR əməliyyatı)