Prostat spesifik antigen (PSA) yüksəlməsi xərçəngdir?
♠ PSA qan testi həqiqətən prostat xərçəngini aşkar etmək üçün uroloji və onkoloji praktikada geniş istifadə olunur.
⠀Bununla birlikdə, PSA testi qeyri-spesifikdir. Bunun mənası nədi? Qanda PSA səviyyəsinin yalnız prostat vəzin xərçəngi zamanı arta bilməyəcəyi deməkdir. Bəzən PSA konsentrasiyasında müvəqqəti bir artım müşahidə oluna bilər ki, bu da kişinin prostat xərçəngi olduğunu göstərmir!!!
⇒ Bu gün sizə PSA artımının prostat xərçəngi ilə yanaşı 7 səbəbini izah edəcəyəm.
♦ Yaş göstəricisi ⠀
⇒PSA səviyyəsi, xərçəng ehtimalı kimi, yaşla birlikdə arta bilər. 45-50 yaşdan sonra hər bir kişinin sağlamlığını nəzarətdə saxlamaq lazımdır. Periyodik müayinələr ən yaxşı həll hesab olunur.
⇒Bəzi hallarda 80 yaşdan yuxarı kişilər üçün PSA müayinəsinə ehtiyac olmur.
⠀ ⇒Yaş və ailə tarixini nəzərə alaraq testlərə ehtiyac və onların nəticələri barədə doktorunuzla danışın.
⠀ ♦ Prostatit
⠀ ⇒ Prostat vəzinin iltihabı və ya prostatit yüksək PSA-nın səbəbi ola bilər. Xəstəliyin simptomları arasında ağrılı və çətinləşmiş sidik ifrazı, cinsi əlaqə zamanı ağrı, qızdırma, aralıqda və düz bağırsaq nahiyəsində narahatlıq və ya sıxılma və cinsi funksiyanın pozulmasıdır.
⠀
♦ Xoşxassəli hiperplaziya və ya prostat vəzinin adenoması
⠀ ⇒ Əslində, bu, kişi cinsi hormonunun təsiri altında hüceyrələrin çoxalmasıdır. Prostat Xərçəngdən fərqli olaraq, BPH qonşu orqanları prosessə cəlb etmir, metastaz vermir və həyati təhlükəsi yoxdur. Bu yaşla əlaqəli bir xəstəlikdir. Bu vəziyyətdə xoşxassəli prostat hiperplaziyasının simptomları xərçəng və ya prostatitə bənzəyə bilər.
⠀
♦ Tibbi manipulyasiya
⠀ ⇒ Sidik kisəsinin katetrizasiyasıı, prostat vəzin barmaq müayinəsi, transrektal ultrasəs (UZİ) müayinə və ya sistoskopiya kimi tibbi prosedurlar, əksər hallarda yanlış PSA test nəticələri verir. Laboratoriya nəticələrinin mümkün qədər dəqiq olması üçün bu prosedurlardan 2 həftədən tez olmayan bir müayinəni aparmaq tövsiyə olunur.
♦ Sidik yollarının və cinsiyyət sistem infeksiyaları
Sidik kanalını (uretrit) və ya sidik kisəsini (sistit) təsir edən bir çox infeksiya qanda PSA səviyyəsinin yüksəlməsinə səbəb olur. Sidik yolu infeksiyasının simptomları arasında sidik ifrazı zamnı ağrı və / və ya yanma (göynəmə), sidikdə qan, tez-tez sidik ifrazına çağırış istəyi və ya sidik kisəsini boşalda bilməməsi ola bilər (sidik ləngiməsi).
♦ Güclü məşq (İdman, fiziki yüklənmə)
PSA testinizdən 1-2 gün əvvəl qaçış və digər güclü məşqlər yanlış müsbət nəticə verə bilər. Müntəzəm idmanla məşğul olsanız hazırlıq barədə həkiminizlə məsləhətləşin
♦ Cinsi əlaqə
PSA nümunəsi götürüldükdən sonra 48 saat ərzində cinsi əlaqə da yanlış müsbət test nəticələrinin səbəbidir. Cinsi əlaqədən sonra PSA səviyyəsi müvəqqəti olaraq artır, buna görə də bir kişiyə analizdən ən az 2-3 gün əvvəl cinsi əlaqədən çəkinmək tövsiyə olunur.
Nəticə olaraq, PSA analizı yoxlamqdan əvvəl, həkiminizə hər hansı bir yuxrıda sadlanan əlamətlərdən biri, xüsusən cinsi əlaqə olub olmadığını və ya sidik ifrazat sistemi tərəfindən qeyri-adi dəyişikliklər barədə məlumat verin.