PROSTATİT – Açıq kişi söhbəti…………..

prostat

Prostatit prostat vəzində baş verən iltihablı prosesdir. Bu gün prostatit kişi cinsiyyət orqanlarının ən çox yayılmış xəstəliklərindən biridir: bu xəstəlik müxtəlif yaş qruplarında kişilərin 20-40%-ində aşkar edilir. Son illərdə mütəxəsislər vəziyyətin pisləşdiyini qeyd etdilər, çünki prostatit halları nəzərəçarpacaq dərəcədə artmışdır.

prostatit

TƏSNIFAT

Müasir urologiyada xəstəliyin vahid təsnifatı yoxdur. Bununla belə praktiki fəaliyyətlə məşğul olan həkimlər prostatda iltihab prosesinin belə təsnifatına üstünlük verirlər.

 

  • Xəstəliyin gedişatı üzrə:
  • Kəskin prostatit. 30-35 yaşdan yuxarı olmayan insanlarda xəstəlik halların 50% -dən çoxunu təşkil edir.
  • Xroniki prostatit. Yaşdan asılı olmayan bir haldır. Uzun müddət özünü göstərmir, inkişaf üçün təkan soyuqdəymə, infeksiyadır və s.

 

  • Xəstəliyi (prostatitı) yaradan səbəb üzrə:
  • 40 yaşa qədər kişilərdə üstünlük təşkil edən prostat vəzinin bakterial iltihabı urogenital (sidik-cinsiyyət) infeksiyası fonunda baş verir, orqanın hüdudlarından kənara çıxmır.
  • Prostat vəzidə qeyri-bakterial patoloji dəyişikliklər, əsasən xroniki gedişatlı.

 

  • Prostat vəzində struktur dəyişikliklərinin xarakteri üzrə:
  • Fibrozlu prostatit vəzin sürətlə geri dönməz böyüməsi ilə xarakterizə olunur və radikal müdaxilə tələb edir. Kliniki olaraq prostat adenomasına bənzəyir.
  • Prostat vəzin daxilində daşların əmələ gəlməsi nəticəsində prostatın kalkulyoz iltihabı baş verir.
  • Oturaq həyat tərzinin nəticəsi olan durğun prostatit hər ikinci xəstədə diaqnoz qoyulur.

Xroniki prostatit simptomları

prostatit simptomları

Prostatitin inkişafının səbəbləri

Xəstəliyin inkişafına səbəb olan iki qrup var: infeksiyalı və durğun.

İnfeksiyalı prostatit müxtəlif bakteriyalar, viruslar və ya göbələklər səbəbidən yarana bilər. Ən çox yayılmış törədicilər qeyri-spesifik mikroorqanizmlərdir: stafilokoklar, streptokoklar, bağırsaq çöpü (escherichia coli), protey, daha az hallarda – spesifik mikroorqanizmlər: qonokokklar, trixomonadlar və s. Son zamanlarda xlamidiya, mikoplazma və s. prostatit hallarının sayı artıb.

     Durğun prostatit səbəbi prostat vəzində və/və ya bu orqanın venalarında qanda sekresiyanın durğunluğudur ki, bu da ən çox aşağıdakı hallarda baş verir:

  • cinsi əlaqənin kəsilməsi;
  • qısaldılmış cinsi əlaqə zamanı sperma boşaldılmanın süni şəkildə saxlanması;
  • cinsi fəaliyyətin müntəzəm olmaması və ondan uzun müddətli imtina;
  • stress və ya gərgin iş nəticəsində eyakulyasiyanın tam olmaması;
  • oturaq vəziyyətdə uzun müddət qalma (məsələn, sürücülər, ofis işçiləri və s.);
  • bir sıra xəstəliklərin (qəbizlik, hemoroid), hipotermiya fonunda;
  • spirtli işkilərdən sui-istifadə ilə.

Durğun prostatit yoluxma səbəbindən çox tez zamanda bakterial olur. Məlumdur ki, bir çox hallarda prostatitdən əvvəl sidik kanalında iltihab (uretrit) olur və bununla müşayiət olunur.

Prostatitin inkişafına kömək edən mühüm amillərdən biri də spirtli içkilərin sistematik qəbuludur. Alkoqol xayaların və qaraciyərin toxumalarının yağlı degenerasiyasına səbəb olur ki, bu da hormon metabolizminin mürəkkəb sistemi vasitəsi ilə kişi cinsi hormonlarının səviyyəsinin kəskin azalmasına səbəb olur. Bu, prostat vəzində iltihab prosesinin inkişafı üçün ilkin şərtlər yaradır. Bu mənada xüsusi əhəmiyyət kəsb edən “pivə alkoqolizmidir” ki, qıcıqlandırıcı təsir daha qabarıq şəkildə özünü göstərir. Pivə aqressiv bir vəziyyətə keçmək üçün sidik-tənasül yolunun bütün mikroflorasını (böyrəklərdən sidik ifraz kanalından uretraya qədər) birbaşa təhrik edir.

 

Xroniki prostatit

Xroniki prostatit əksəriyyatı hallarda gizli gedən iltihablı bir proses kimi inkişaf edir. Uzun müddət, bəzən illərlə, prostatit özünü göstərmir. Ancaq bir nöqtədə, bədən üçün hər hansı bir stresli vəziyyət olsa, klinik təzahürlərin ortaya çıxmasına səbəb olur. Xəstələr ilk dəfə uroloqa daha çox aralıq nayihədə, oma sümüyü və xarici cinsiyyət orqanlarında olan sızlıldayan ağrıların  olması şikayəti ilə müraciət edirlər. Adətən, yalnız bel-oma sümüyü nayihəsində olan ağrı ilə xəstələr özləri səhv diaqnoz qoyurlar (“radikulit” və ya “osteoxondroz”) və evdə uğursuz müalicə olunurlar. Yalnız diqqətli tibbi müayinə və laboratoriya testləri xəstəliyin səbəbini aşkar edə bilər.

Prostat vəzin iltihabı bu orqanın toxumalarının böyüməsinə, şişməsinə və sidik ifrazı kanalının (uretranın) prostat hissəsinin sıxılmasına səbəb ola bilər. Bu, sidik ifrazının müxtəlif dərəcəli çətinləşməsinə səbəb olur. Uzun müddədtli sidik ifrazının çətinləşməsi xroniki sidik ləngiməsinə (hissəvi) gətirib çıxarır ki, bu da öz növbəsində daşların əmələ gəlməsinə, sidik kisəsinin iltihabına (sistit), sonra isə böyrəklərin iltihabına səbəb olur (piyelonefrit).

 

Prostatit cinsi funksiyanın pozulması və kişi sonsuzluğunun səbəbi ola bilər

Kişilərdə cinsi ehtirası zamanı prostat vəzindəki çoxsaylı sinir ucları impulsları onurğa beynində və baş beyində yerləşən, ereksiya və sperma boşalmasına cavabdeh olan cinsi mərkəzlərə ötürür. Xroniki prostatit zamanı qeyd olunan proseslərin təbii gedişatı pozulur. Birincisi, normal ereksiya zamanı vaxtından əvvəl sperma boşalması inkişaf edir. Sonra eyakulyasiya zamanı şəhvət (orqazm) hissi zəifləyir və azalır. Cinsi hormonların yaranmasının  azalması ilə cinsi istəyin zəifləməsi inkişaf edir (libidonun azalması).

Kişinin psixologiyası elədir ki, cinsi sahədəki kiçik pozuntular belə cinsi yaxınlıqdan əvvəl qorxuya, öz qabiliyyətlərinə inamsızlığa və  sinir sisteminin funksional pozğunluğuna səbəb olur. Bu cinsi nevrozlara gətirib çıxarır və nəticədə cinsi funksiyanı pozur.

xroniki prostatit

Reproduktiv pozğunluqlar (sonsuzluq) mayalanma qabiliyyətinin olmaması deməkdir. Xroniki prostatitdə prostat vəzində dərin metabolik pozğunluqlar inkişaf edir ki, bu da prostat sekresiyasının qeyri-kafi (kəmiyyət və keyfiyyət baxımından) yaranmasına gətirib çıxarır ki, bu da sperma mayesini normal həyat fəaliyyəti və spermazotoidlərin hərəkətliliyi üçün lazım olan maddələrlə kəskin şəkildə zəiflədir.

Bundan əlavə, uzun müddətli iltihabi prosses, spermatozoidlər üçün yolların keçıriciliyini pozur. Hətta xayalarda spermatozoidlərin normal formalaşması ilə onlar sperma ifraz yollarına və daha sonra qadın cinsiyyət orqanlarına daxil ola bilmirlər.

Xroniki prostatit olan xəstələrdə sperma boşalmanın pozulması vaxtından əvvəl eyakulyasiya kimi davam edir (bəzən penisin uşaqlıq yoluna daxil olmasından dərhal sonra və hətta ilkin sevişmə zamanı). Daha az rast gəlinən başqa bir ağrılaşma çətin sperma boşalmasıdır. Bu, cinsi əlaqəni yorucu edir, partnyorlara həzz və məmnunluq gətirmir.

Prostatın xroniki iltihablı xəstəliyi (xroniki prostatit) daimi cinsi partnyorlar üçün potensial təhlükədir. Qoruyucu kontraseptivlər olmadan (prezervativ)  hər cinsi əlaqə ilə infeksiyanın bir hissəsini qadın cinsiyyət sisteminə atılır. Bu, mayalanma zamanı və ya hamiləlik dövründə xüsusilə təhlükəlidir, çünki hamiləliyin anormal gedişatı və hamiləliyin pozulması ilə təhdid edir.

Buradan belə nəticəyə gəlmək olar: heç bir halda prostatitə etinasız yanaşmaq olmaz, bu xəstəliyi vaxtında aşkar etmək və müalicəyə başlamaq lazımdır.

 

Prostatitin müalicəsi

Müasir tibb xroniki prostatitin müalicəsində zəngin təcrübə toplayıb. İlk növbədə, prostat vəzində iltihabın oçağın aradan qaldırmaq üçün terapiya seçilir. Bir çox hallarda bu, əhəmiyyətli yaxşılaşmalara səbəb ola bilər. Cinsi pozğunluqları və reproduktiv pozğunluqları effektiv şəkildə düzəltməyə imkan verən müasir dərman vasitələrinin böyük arsenalı da var.

Yalnız yüzlərlə alim və həkimlərin onilliklər ərzində toplanan nəticələrdən irəli gələn  müalicə standartlarına  əməl etməklə tam sağalmaq olar:

  1. Müalicə vaxtında aparılmalıdır. Xəstəlik erkən mərhələdə aşkar edilərsə və hələ də ağırlaşmalar baş verməmişsə, müalicənin nəticələri daha yaxşı olar.
  2. Müalicə yalnız ixtisaslı həkim tərəfindən aparılmalıdır. Bu, rasional müalicə planının hazırlanmasına və effektiv dərman preparatlarının seçilməsinə zəmanət verir.
  3. Müalicə hərtərəfli olmalıdır. Qənaətbəxş və davamlı nəticələr yalnız bir neçə özünü yaxşı doğrultmuş üsulların birləşməsi ilə əldə edilə bilər. Bu üsullar hər bir konkret vəziyyətdə xəstəliyin xüsusiyyətlərini nəzərə alaraq yalnız peşəkar uroloq tərəfindən müəyyən edilə və seçilə bilər.
  4. Kişilərin cinsiyyət orqanlarının ifeksion xəstəliklərinin müalicəsi cinsi partnyorla birlikdə aparılmalıdır. Bu, infeksion iltihablı xəstəliklərin əksəriyyətinin əsasən cinsi yolla ötürülməsi ilə əlaqədardır və yalnız bir partnyor müalicə olunarsa, təkrar yoluxdurma mümkündür.
  5. Müalicə birbaşa xəstənin məsuliyyətindən, onun həkimin bütün təyinat və tövsiyələrinə nə dərəcədə ciddi əməl etməsindən asılıdır. Terapiya, bir qayda olaraq, xəstə üçün bir çox xüsusiyyətlər, məhdudiyyətlər və xoşagəlməz hisslərlə əlaqələndirilir ki, bu da onun tərəfindən müəyyən iradə, psixoloji və fiziki səylər tələb edir. Müalicəni təyin edərkən, həkim onlar haqqında ətraflı izah verir və xəbərdarlıq edir.

 

Prostatit mürəkkəb xəstəlikdir. Ancaq hər hansı bir xəstəlik kimi, o, asanlıqla aradan qaldırıla bilər. Vacibdir ki özünüzə diqqət yetirəsiz və həkimə profilaktik səfərlərə laqeyd yanaşmamalısınız.

Bütün təzahürlərində və sferalarında sağlam və dəyərli həyat asandır!