Sidik kisəsi TUR (N-block rezeksiya) əməliyyatı

En bloc TUR nədİr?

Sidik kisəsi TUR cərrahi əməliyyatı ilk dəfə 1962-ci ildə Jones və Swinney tərəfindən icra edilmişdir. En bloc TUR isə ilk olaraq 1997-ci ildə  Kawada tərəfindən təsvir edilmişdir. Bu prosses rezektoskopa tətbiq olunan süpürmə hərəkətinə bənzər bir hərəkətlə, ancaq bu dəfə geniş əsaslı loop əvəzinə, düz uclu loop, ox şəklində lopp, J-loop, Collins bıçağı və hətta lazer prop ilə icra edilir.

En Bloc TUR-un İcrasI üçün göstərİşlər

  • 1-3 sm ölçülü;
  • Birincili və ya residiv əzələyə invaziyası olmayan;
  • cTa-T1 mərhələli şişin olması

En Bloc TUR İcrasI üçün əks göstərİşlər

  • >3 sm ölçülü şişlər;
  • High grade multifokal şişlər, düz şişlər və günbəzşəkilli şişlər;
  • Əzələyə invaziya edən şişin aşkar edilməsi və ya təsdiqlənməsi;
  • Sidik kisəsinin çoxsaylı lezyonları (>3 şiş);
  • Uretraya, sidik kisəsinin boynuna və prostatik uretraya invaziya edən şişlərin aşkarlanması

Standart TUR-un sxematİk təsvİrİ

sidik kisəsinin polipi

Ölçüsü <3 sm olan törəmələrdə en bloc Tur-un sxematİk təsvİrİ

Sidik kisəsi laser emeliyatı

sidik kisesi xercengi

En Bloc TUR-un Standart TUR-dan  üstünlüklərİ

  • žPatoloqların cərrahi kənar vəziyyətini daha yaxşı qiymətləndirilməsinə imkan verən histopatoloji nümunələr;
  • žDaha çox nəzarət edilən rezeksiya sidik kisəsi perforasiyası kimi mənfi hadisələrin riskini azalda bilər.
  • žŞiş parçalanmasının azalması, daha az “üzən şiş” hüceyrəsinə səbəb olur, bu da residiv riskini azaldır.
  • žEN blok TUR daha yaxşı hemostazı və bu səbəblə fəsadların qarşısını almaq üçün vacib olan yaxşı bir görmə təmin edir.

Nətİcə

  • žEN blok TUR sidik kisəsi xərçənginin müalicəsində standart TUR-dan fərqli olaraq onkoloji prinsiplərə uyğun olan ümidverici bir metoddur.
  • žEN blok TUR əsas etibarilə TUR üçün eyni avadanlıqlardan  istifadə olunmaqla həyata keçirilə biləcəyi üçün üstünlüyü təsdiqləndikdən sonra qlobal miqyasda heçbir problem olmadan ümumiləşdirilə bilər.
  • žDigər tərəfdən, şişin ölçüsü EN blok TUR-un əsas məhdudiyyətidir.
  • žŞişin ölçüsündən asılı olmayaraq hər zaman onkoloji prinsipləri dəstəkləməyə çalışmalıyıq.
  • žDəyişdirilmiş bir EN blok TUR yanaşmasının daha böyük ölçülü sidik kisəsi şişləri zamanı istifadəsinin mümkünlüyü araşdırılmalıdır.
  • žYalnız belə düşüncə ilə əzələ qişasına invaziya etməyən sidik kisəsi xərçənginin onkoloji nəticələrini optimallaşdırmaq olar.

 

by Aida İskenderova