Qadınlarda sidik kisəsi bədxassəli törəmələrinin radikal cərrahi müalicəsinin nəticələri

Musayev T.N.

Açar sözlər: sidik kisəsi xərçəngi, radikal sistektomiya, ağırlaşmalar, letallıq

İşin məqsədi: Qadınlarda əzələ-invaziv sidik kisəsi xərçənginin radikal cərrahi müalicəsinin nəticələrinin qiymətləndirilməsi

Material və metodlar: Araşdırmaya 2008-2017-ci illər arasında radikal sistektomiya keçirmiş 16 qadın daxil edilmişdir. Əməliyyat olunmuş qadınların orta yaşı 58,2 (45-63) təşkil etmişdir. Bütün əməliyyatlar bir briqada cərrah-uroloqlar tərəfindən yerinə yetirilmişdir. Briker üsulu ilə sidik axarı əməliyyatı 2 qadına (12,5%), Xautman üsulu ilə 6 qadına (37,5%). Ureterokutaneostomiya 8 (50%) qadına icra olunmuşdur. Bədən çəkisi indeksi 5 qadında < 25 кq/m2 təşkil etmişdir. Çarlson komorbidlik indeksi 7 (43,8%) pasientdə 3-5-ə yaxın idi, 9 (56,2%) pasientdə 6-dan yuxarı idi. Effektivlik göstəriciləri əməliyyatdaxili və postop ağırlaşmaların olması ilə və 30-90 günlük letallıq ilə qiymətləndirilirdi.

Nəticələr: əməliyyatdaxili ağırlaşmaların tezliyi 18,8% bərabər idi (n=3), erkən postop-50% (n=8). 30 günlük letallıq 12,5% (n=2) təşkil etmişdir.90 gün ərzində letalııq qeydə alınmamışdır. Erkən postop ağırlaşmaların əsas risk amili yüksək çəki indeksi və cərrahın təcrübəsi idi (50 əməliiyatdan az). Letallıq həmçinin cərrah briqadasının təcrübəsindən və Çarlson komorbidlik indeksindən asılı idi.

Xülasə: Radikal sistektomiyadan sonra ağırlaşmaların sayını azaltmaq üçün, yüksək çəki indeksinə və Çarlson komorbidlik indeksinə malik qadınlar daha təcrübəli cərrah briqdaları tərəfindən əməliyyat olunmalıdır.