Sidik kisəsi xərçənginə görə radikal sistektomiya və nazik bağırsaq derivasiyası olan xəstələrdə metabolik pozuntular

Musayev T.N.
Bu məqalədə radikal sistektomiya və mədə-bağırsaq traktının müxtəlif seqmentlərinə sidik derivasiyası olunmuş xəstələrin metabolik pozuntularına həsr olunmuş ədəbiyyat icmalı təhlil olunmuşdur. Metabolik pozuntuların əsas səbəblərindən biri birbaşa cərrahi əməliyyatla bağlıdır, yəni lazım olan bağırsaq seqmentinin uzunluğunun seçimi və xəstəyə bağlı olan amillər-sidiyin həddindən çox saxlama. İki aspekti nəzərə almaq lazımdır:sidiyin passajına bağlı bağırsağın rezeksiyadan sonra sovurma qabiliyyəti və metabolik pozuntular. Bütün qaydalara əməl olunarsa və xəstələrin düzgün seçimi aparılarsa metabolik pozuntuların aktuallığı böyük deyil, belə ki, bağırsaq xovlarının atrofiyasından sonra, artıq yaranmış mühitə orqanizm öyrəşir və meatbolik asidozun kliniki əhəmiyyəti qalmır.