Briker derivasiya metodu ilə radikal sistektomiyanın 30 günlük ağırlaşmalarının tezlik və xüsusiyyətlərinin təhlili

Açar sözlər: sistektomiya, ağırlaşmalar,letallıq, sidik kisəsi xərçəngi

İşin məqsədi: Briker metodu ilə derivasiya metodu ilə radikal sistektomiyanın ağırlaşmalarının tezlik və xüsusiyyətlərinin erkən əməliyyat sonrası dövrdə təhlili

Material və metodlar: Tədqiqata 2008-2017-ci illərdə Briker metodu ilə derivasiya metodu ilə radikal sistektomiya keçirmiş 58 (100%) xəstə daxil edilib. Bunlardan 56 (96,6%) kişi, 2 (3,4%) qadın pasient olmuşdur. Orta yaş həddi 58,7 (37-75) təşkil etmişdir. 57 pasientdə urotelial xərçəng 1 pasientdə isə adenokarsinima olmuşdur. Erkən əməliiyat sonrası ağırlaşmaların təhlilini aparmaq üçün SPSS 18.0 for Windows proqramı istifadə edilmişdir. Aşağıdakı xüsusiyyətlər götürülmüşdür: xəstəliyin mərhələsi, çəki indeksi, Çarlson komorbidliyi və cərrahi əməliyyat vaxtı.

Nəticələr: Əməliyyatı davamlılığı 259,2 (140-410 dəq) dəqiqə təşkil etmişdir. Ortalama qan itkisi 491 (100 – 1500) ml, əməliyyat zamanı və əməliyyat önü sonrası transfuziya həcmi 360 ml təşkil etmişdir. Əməliyyat zamanı olan ağırlaşmalar 6 (10,3%) pasientdə qeydə alınmışdır. Erkən əməliyyatsonrakı dövrdə 27 (46,6%) xəstədə 40 müxtəlif dərəcəli ağırlaşma müəyyən edilmişdir. 18 (31%) xəstədə cəmi ağırlaşma, 8 xəstədə 2, 1 (1,7%) xəstədə isə 6 ağırlaşma qeydə alınmışdır. I dərəcəli ağırlaşmalar 20,7 %, II-19,III-19%, IV-8,5% təşkil etmişdir. Erkən əməliyyat sonrakı dövrdə V dərəcəli ağırlaşma (letallıq) 1 xəsətəd qeydə alınmışdır. Nəticələrin təhlili ağırlaşma tezliyinin cərrahın təcrübəsi və çəki indeksindən asılı olması statitistik dürüst olmuşdur (P<0.001).