Prostat vəzinin xərçəngi. Prostat vəzi xərçənginin əlamətləri
Prostat vəzinin xərçəngi nədir?
Prostat vəzi kişilərin daxili cinsiyyət orqanıdır və orqanizimdə böyük rol oynadığı üçün adətən ikinci kişi ürəyi adlanır. Prostat vəzin xərçəngi (karsinoma) – prostat vəzinin hüceyrələrindən inkişaf edən bədxassəli bir şişdir. Prostat vəzin bədxassəli şişləri inkişafı nisbətən yavaş olur və illər ərzində kiçik ölçüdə qala bilər, və kliniki əhəməiyyəti olmadan inkişaf edə bilər. Amma şübhəsiz ki bu şişlər çox təhlükəlidir və digər xərçəng növləri kimi metastazlar əmələ gətirə bilər. Prostat xərçəngi kişilərdə ən çox rast qələn bədxassəli şişlərdəndir. Təəssüf ki, son on illiklərdə bu şiş daha çox yayılmaqdadır və artmaqdadır. 35 yaşdan sonra 10 min nəfər kişidən 1-də prostat vəzi xərçəngi baş verə bilər. Yaşla xəstələnmə riski yüz dəfələrlə artır. 60 yaşdan yuxarı kişilər arasında hər yüz nəfərdən biri artıq xəstədir. Yetkin yaşda, 75 yaşdan sonra səkkiz kişidən birində prostat xərçəngi aşkar edilir. Bu səbəbdən 50 yaşdan yuxarı kişilərin sağlamlığına xüsusi diqqət yetirmələri vacibdir.⠀
Prostat xərçəngi ilə xəstələnmə coğrafi bölgədən asılı olaraq dəyişir.
Avstraliya , Yeni Zelandiya, Şimali Amerika, Qərbi və Şərqi Avropada ən yüksək nisbətlər. Bu, əsasən yaşlı bir populyasiya ilə əlaqədardır. Şərqdə, Cənubi və Orta Asiyada prostat xərçəngi tezliyi daha azdır, lakin son zamanlarda bu regionlardada artım qeyd olunur.
Prostat vəzi xərçənginin yaranmasının səbəbləri və şərtləri
- Metabolik sindrom. Sindromun fərdi komponentləri arasında arterial hipertoniya (p = 0.035) və piylənmə (bel dairəsi> 102 sm) (p = 0.007) var. Bu faktorlar prostat xərçəngi riskinin statistik cəhətdən əhəmiyyətli bir artması ilə əlaqələndirilir.
- Şəkərli diabet. Populyasiya səviyyəsində şəkərli diabetə görə metformini qəbul edən kişilərdə (lakin digər oral hipoqlikemik dərmanlar deyil) prostat xərçəngi inkişaf etdirməmiş kişilərə nisbətən daha az olur.
- Piylənmə. Aparılmış multifaktorlu “REDUCE” adlanan ən böyük elmi tədqiqatı göstərib ki, piylənmə aşağı dərəcədə bədxassəli prostat xərçəngi riski ilə əlaqələndirilir, lakin (!) piylənməsi olan kişilərdə qeydə alınan prostat xərçəngi formalara daha aqressiv olur. Bu təsir əsasən yüksək bədən kütləsi indeksini təyin edən ətraf mühit amillərinə bağlıdır.
- Diet amilləri
- Alkoqol. Yüksək dozada spirtli içki qəbulu, və əksinə !!! alkoqoldan tamamilə imtina etmək prostat xərçəngi riskinin və prostat xərçəngindən ölüm riskini artırır.
- Süd məhsulları. Son illərdə Süd məhsullarında olan bəzi proteinlər və Prostat vəzi xərçəngi riski arasında əhəmiyyətsiz bir əlaqə tapıldı, lakin statistik olaraq təsdiqlənmiyb.
- Yağlar. İnkar olunmur ki qızardılmış qidaların qəbulu ilə prostat xərçəngi riski arasında bir əlagə var. Bu araşdırmalr davam edir.
- Vitamin D. D vitamininin aşağı və ya yüksək konsentrasiyası (D vitamin disbalansı), prostat xərçəngi əmələ gəlmə riskini artırır, və buna bağlı olan xərçənglərdə daha aqressiv olur.
- Digər risk faktorları
- Saç tökülmə (allopesiya)
- Anamnezində zöhrəvi xəstəliklər (Gonorrhea)
- Peşə təhlükələri – gecə növbələrində işləmək (hər ansı bir peşə) və pilotlar.
- Siqaret çəkmə prostat xərçəngindən ölüm riskini artırır.
- Stress və yanaşı xroniki xəstəliklər nəticəsində yaranan bədənin müdafiəsinin azalması
- İrsiyyət: şiş inkişafına səbəb olan xüsusi genlər BRCA 1 və BRCA2 müəyyən edilmişdir. Atada olan xərçəng oğulda xəstəlik riskini 2-3 qat artırır.
- Virus infeksiyası: XMRV (retrovirus), herpes tip 2, sitomeqalovirus.
Maraqlı faktlar – Aparılan tədqiqatlara əsasən kişilərdə prostat xərçəngi ilə aşağıda qeyd olunanlarla əlaqə təsdiq olunmayıb:
- Omega-3 yağ turşularının gəbulu ilə;
- Ət və ət məhsularının istifadəsi ilə;
- Selen tərkibli preparatların və E vitaminin gəbulu ilə;
- Hipohonadizm olan kişilərdə testosteron preparatlarının istifadəsi ilə;
Prostat vəzinin xərçəngi riskini necə azalda bilərik?
Aparıcı mütəxəsislərin fikirlərinə görə aşağıda ki hallarda risklər azalır:
- Ultrabənovşəyi şualarn təhsiri;
- Sirkumsiziya (sünnət)
- Mutammadi cinsi əlaqə (ayda 21 dəfədən artıq cinsi əlaqadə olan kişilərdə prostat xərçəngi riski, ayda 4 -7 dəfə cinsi əlaqəsi olan kişilərlə müqaisədə 20% azalır);
Prostat vəzi xərçənginin əlamətləri
Təəssüf ki ərkən mərhələlərdə şiş özünü gizli aparır və heç bir simptom yaratmır. Yalnız qanda prostat spesifik antigen (PSA) səviyyəsinin artması bir üzə verə bilər. Bir qayda olaraq, prostat vəzi xərçəngi olan xəstələrdə prostat adenoması ilə əlaqədar olan şikayətlər olur:
- Sidik təziqinin azalması
- Sidik ifrazının çətinləşməsi
- Sidik ifrazından sonra qalıq sidiyin hissi
- Tez-tez sidiyə qetmə
- Sidik qaçırmaları və s.
Prostat vəzi xərçənginin müalicəsi necə aparılır?
Prostat vəzi xərçənginin uğurlu müalicəsi xəstəliyin vaxtında, erkən mərhələdə aşkarlanmasından asılıdır. Bu gün, şişlərin bədləşmə və yerli yayılma dərəcəsindən asılı olmayaraq, PSA səviyəsinin yüksək olmasına baxmıyaraq (T2-T3) cərrahi müalicə (radikal prostatektomiya) ən effektiv müalicə üsuludur. Bu əməliyyatlar həm açıq, həm laparoskopik, həmi də robotik üsullarla icra olunur. Prostat vəzi xərçənginin yayılmış formalrında hormonal müalicədən, kimyaterapiyadan, tarqet müalicədən və ən müasir müalicə üsulu olan radionukleid terapiyadan istifadə olunur.
Sonda qeyd etmək lazımdır ki, Hər bir kişi 45-50 yaşdan sonra ildə 1 dəfə qanda PSA səviyyəsini yoxlatmalı və sidik ifrazı ilə bağlı şikayyətləri olduğu halda mütləq şəkildə uroloqa müraciət etməlidilər.