Prostat vəzinin biopsiyası necə aparılır?
Prostat vəzi xəstəliklərinin diaqnostikası üçün bir neçə üsul var. Elementar bir laborator analizindən başlayaraq, PSA səviyyələrinin (prostat spesifik antigen) ölçülməsi, ultrasəs müayinəsi, TRUSM – transrektal ultrasəs müayinəsi, düz bağırsağın barmaq müayinəsi (prostat vəzin palpasiyası) və ən dəqiqi – prostat vəzin biopsiyası ilə bitməsi. Yuxarıda göstərilən bütün müayinələr prostat vəzinin xəstəliyini təyin etmək və dəqiq bir diaqnoz qoymaq məqsədi daşıyır. Əgər müalicə həkimi prostat vəzin şişindən şübhələnirsə, xəstəni prostat biopsiyasına yönəltməlidir və yalnız biopsiyadan sonra histoloji nəticəyə əsasən dəqiq diaqnoz təyin edilə bilər.
Prostat vəzinin biopsiyası nə üçün lazımdır?
Prosedur zamanı prostat vəzindən nazik iynə vasitəsi ilə incə toxuma parçaları alınır və histoloji müayinəyə göndərilir. Müayinə yerli anesteziya altında aparılır. Biopsiya düz bağırsağa xüsüsi transrektal ultrasəs ötürücüsünün yerləşdirilməsi ilə aparılır. Transrektal USM altında prostat vəzindən birincili biopsiyalar zamanı 6-12 nöqtədən bioptatlar alınır. Təkrari biopsiyalar zamanı bu rəqam 18-24 ola bilər.
Prostat vəzi biopsiyası nə vaxt aparılmalıdır? (Göstərişlər)
- Qanda PSA (prostat spesifik antigen) göstəricisi 4.0 ng/ml yuxarı olması
- Qanda PSA göstəricisinin normal olması, lakin düz bağırsağın barmaq müayinəsində şübhəli düyünlərin və sərt sahələrin əllənməsi
- Sərbəst PSA-nın ümumi PSA-ya nisbətinin azaldılması
- Ultrasəs müayinəsinə prostat vəzində hipoexogen sahələrin olması
- Yüksək risk qrup kişilərdə Prostat biopsiyası PSA göstəricisinin 2.5 ng/ml olduğunda tövsiyyə oluna bilər.
Prostat vəzin biopsiyası nə zaman aparıla bilməz? (Əks göstərişlər)
- Kəskin prostatit
- Düz bağırsağın kəskin xəstəlikləri zamanı
- Kəskin hemorroy (babasil)
- Qan laxtamasının pozulması zamanı
- Xəstənın vəziyyətinin ağır olması
Prostat vəzin biopsiyasından sonra baş verə biləcək fəsadlar nə ola bilər?
- Sidikdə və nəcidə qan
- Bədən hərarətinin yüksəlməsi
- Kəskin orxit (xayanın iltihabı)
- Sidik ifrazının kəskin ləngiməsi
- Sidik ifrazının çətinləşməsi
- Sepsis
Bu fəsadların qarşısını almaq üçün pasiyent prostat biopsiyası proseduruna necə hazırlanmalıdır?
- Antibiotikoprofilaktika – Prosedurdan 1 gün əvvəl və biopsiya günü antibiotik qəbulu
- Antikoagulyantlar (aspirin, kardiomagnil, plaviks və s.) qəbul edildiyi təqdirdə həkimə xəbərdarlıq edilməlidi və preparatların qəbulu biopsiyadan 5-7 gün əvvəl dayandırılmalıdır.
- Biopsiyadan 1 gün əvvəl, axşam mikroimalə
- Mütləq şəkildə mövcud xroniki xəstəliklər və ürək-damar sisteminin xəstəlikləri barədə həkimə məlumat verilməlidir
- Dərman maddələrinə allerjik reaksiyalar barəsində həkimi xəbərdar etmək lazımdır;
Biopsiyadan sonra:
- Bol maye qəbulu
- Fiziki məhdudiyyət