Böyrək kistaları haqqında, böyrək kistasının müalicəsi

Böyrək kistası haqqında, Boyrek kistasi nedir

Böyrək kistaları nədir?

Böyrək kistaları – Sidik ifrazat sisteminin xəstəliyidir, böyrəkdə içərisi şəffaf maye ilə dolmuş boşluqdan ibarətdir. Bu vaxtında müalicə tələb edən xoşxassəli xəstəlikdir. Əgər problemi uzun müddət nəzarətsiz qoysaq, kistaların bədxassəli törəməyə keçmək ehtimalı ola bilər. Bu patologiya daha çox 40 yaşdan sonra rast gəlinir.

 

Boyrekde kista neden emele gelir?

Böyrəyin kistoz törəmələrinin təsnifatı

Kistaların lokalizasiya və sayına görə aşağıdakı növləri var:

  • Solitar kistalar-sağ və ya sol böyrəkdə olan yeganə kista
  • multikistoz zədələnmə-bir böyrəkdə bir neçə kista
  • polikistoz-kistoz törəmələr hər iki böyrəkdə yerləşir
  • dermoid kista

Böyrəkdə kista nədən əmələ gəlir? Kistanın yaranma səbəbləri

Kista toxumaların anomal böyüməsi hesabına yaranır. Kistaların yaranma səbəbi sona kimi məlum deyil, amma məlumdur ki, xəstəlik embriogenez zamanı yarana bilər, və yaxud digər yaşlarda qazanılmış ola bilər. Böyrək kistalarının yaranmasının aktivləşdirən amillər aşağıdakılardır:

  • Öncə keçirilmiş infeksiya və ya zədələr
  • Böyrək vərəmi
  • Pielonefrit
  • Böyrəkdaşı xəstəliyi
  • Hormonal disbalans
  • Böyrəkdə durğunluq əlamətləri
  • Böyrək işemiyası

Böyrək kistalarının əlamətləri

Əksər hallarda xəstəlik özünü uzun illər ərzində heç cürə biruzə vermir və təsadüfi tapıntı olur. Buna baxmayaraq bir neçə simptom var ki, sizi sidik ifrazat sisteminin probleminə fikir verməyə vadar edəcək:

  • Bel və böyrək nahiyəsində ağrılar
  • Bel nahiyəsində diskomfort
  • Hematuriya
  • Yüksək arterial təzyiq

Əgər özünüzdə bu simptomları aşr etmisinizsə mütləq həkimə getmək məsləhət görülür. Mümkün ağırlaşmalardan böyrək çatmamazlığı və böyrək funksiyasının pozulmağını qeyd edə bilərik.

Kistaların diaqnsotikası

Müvafiq müalicənin təyini üçün, xəstəliyin düzgün diaqnostikası tələb olunur, bunlara daxildir:

  • Laborator analiz-kistaya gətirib çıxarmış infeksiyanı müəyyən etmək üçün
  • USM-kistanı təyin etmək və sidik ifrazat sisteminin ümumi vəziyyətini bilmək üçün
  • Kontrastlı KT müayinəsi-böyrəyin bədxassəli törəməsini inkar etmək üçün
  • Ekskretor uroqrafiya-sidik ifrazat sisteminin rentgen müayinəsi, sidik yolaarının keçiriciliyini təyin etmək üçün
  • Nefrossintiqarfiya-radioizotop müayinəsi, böyrəklərin funksionallığını yoxlamaqdan ötrü

Bosniak təsnifatı

Radioloji görüntülərə əsasən kistaların Bosniac təsnifatı tərtib edilmişdir, bu düzgün müalicə taktikasını seçməyə imkan yaradır

1-ci tip -adi nazik divarlı xoşxassəli kista, arakəsməsiz, kirəc və solid komponenti olmayan. Maye tərkiblidir, kontrast aktivliyi qeyd edilmir. Ölçüsü 3 sm-dən kiçik. Arakəsməsi 1 mm-ə qədər. Bədxassəlilik ehtimalı-0%. Ən çox rast gəlinən kistalardır, təsadüfən tapılır və yalnız müşahidə tələb edir.

Böyrəkdə törəmə nədir? Boyrekde toreme olmasi qorxuludurmu?

2-ci tip -3 sm ölçülü hamar konturlu kistalar,kontrast aktivliyi izlənmir, divarlarında və arakəsmələrdə kirəc əlavələri olur, iltihablaşmış və hiperdens kistalar.

Hiperdens kistaların tərkibində köhnə çevrilmiş qan və ya zülal əlavələri olur və buna bağlı sıxlıq artımı izlənilir, hansı ki KT müayinəsi zamanı aşkar edilir. Bir neçə nazik arakəsməsi ola bilər, bu yanlış ,,kontrastlanma,, şəkli verə bilər. Divarlarında və arakəsmələrdə xırda və ya qalınlaşmış kirəcləşmələr izlənilə bilər.

Bu qrupa həmcins yüksək sıxlıqlı törəmələr də aidir (sıxlıq >20 HU). Klassik hiperdens kistalar adətən böyük olmurlar ( 3 sm-ə qədər) dairəvi formalı, kontrast toplamayan və hamar konturlu olurlar. Bu kateqoriya kistaların çox aşağı maliqnizasiya proqnozu var (0-0,5%).

2F tip -bu kistaların tərkibində çox sayda nazik arakəsmələr ola bilər, bir tərəfli minimal qalınlaşma, arakəsmə və ya divarların  yanlış ,,kontrastlanma,, izlənilə bilər. Onların tərkbinidə həmçinin geniş və ya düyünlü  kirəc əlavələri qeyd edilə bilər, lakin ölüçlə bilən contrast toplanması qeyd edilmir. KOnturlarə adətən hamar və dəqiq olur. Bu kateqoriyaya həmçinin contrast toplanması izlənməyən yüksək sıxlıqlı 3 sm-dən böyük olan törəmələr daxildir. Tam olaraq böyrək daxilində izlənilən kistalar dinamikq təqib tələb edir-6 ayda 1 dəfə. Maliqnizasiya riski ~5% təşkil edir.

Boyrek kistalari tehlukelidir

3-cü tip -şübhəli kistoz törəmələr, bərabər və ya qeyri-bərabər divar qalınlaşmaları və ya arakəsmələri olan və ölçülən kontrast toplanması müəyyən edilir. Onlardan bəziləri xoşxassəli olur (hemorragik kistalar, iltihablaşmış kistalar, multilokulyar kistoz nefromalar), digərləri bədxassəli (kistoz multilokulyar və kistoz BHX). Maliqnizasiya riski-54%. Cərrahi müdaxilə və ya dinamiki təqib məsləhətdir.

Boyrek kistalari

4-cü tip -əsasən bədxassəli törəmələr, 3 kateqoriyanını bütün əlamətlərini daşıyır və bundan başqa daxilində yumşaq toxuma komponentləri izlənilir, bu toxuma kontrast toplayır, lakin divarlar və arakəsmə ilə əlaqəsi olmur. Maliqnizasiya riski-100%. Bu yenitörəmələrə kistoz xərçəng aiddir. 4 kateqoriya zamanı cərrahi müdaxilə mütləqdir.

Böyrəkdə kista müalicəsi. Böyrək kistasının müasir müalicəsi

Kista müəyyən edilmiş xəstənin təbii sualı yarana bilər-bu halda nə etməli və kistanı necə müalicə etməli?

Böyrək funksiyasının pozulması olmasa və xəstənin ümumi vəziyyətinin yaxşı olduğu halda xəstəya yalnız dinamiki nəzarət tələb olunur. Mütəmadi olaraq USM, qan və sidik analizləri vermək tələb olunur.

  • Kistanın tipindən və prosesin yayılmasından asılı olaraq konservativ müalicə və ya cərrahi müdaxilə icra edilir
  • Konservativ müalicə kistaların kiçik ölçülərində və xəstəni narahat etməyən zaman icra edilir, lakin unutmaq lazım deyil ki bu kistalar üçün dinamiki təqib məsləhət olunur
  • Əgər ağrı və ya xoşagəlməz hallar olursa və sidik ifrazat sisteminin funksiyası pozulursa bu zaman cərrahi müdaxilə icra edilir,əks halda kistanın ağırlaşmaları ilə rastlaşmaq olar

Böyrək kistaların ağırlaşmaları

Zamanında tibbi müdaxilə edilməzsə böyrək kistaları ağırlaşa bilər. Böyrək kistalarının ən çox rast gəlinən ağırlaşmaları aşağıdakılardır:

  • Xroniki böyrək çatmamazlığı
  • Hidronefroz (hydrops)
  • Irinli pielonefrit
  • Kistanın daxilində irinin toplanması
  • Kistanın yırtılması (partlaması)
  • Dəmir defisitli anemiya
  • Arterial təzyiqin qalxması