Prostat vəzi xərçənginin profilaktikası haqında miflər və reallıq

prostat sisleri xercengi

Bildiyiniz kimi kişilər üçün prostat xərçəngi ciddi təhlükədir. Bu bədxassəli şiş prostat vəzində əmələ gəlir. Bəzi kişilərdə bu xəstəliyin inkişafı üçün genetik meyilliyi var. Buna görə də “prostat xərçənginin qarşısını necə almaq olar” sualı çox aktual və vacibdir – o qədər ki, bu mövzu ətrafında çoxlu fərziyyələr və miflər var. Gəlin yalan iddiaları dağıtaq və bu xəstəliyin qarşısını almağın real üsullarından danışaq.

Prostat xərçənginin qarşısının alınması haqqında (profilaktikası) ən çox yayılmış yalnış MİFLƏR!!!!

  1. Bioloji aktiv qida əlavələri prostat xərçənginin yaranma riskini azalda biləryalandır! Bu gün likopen, selen, E vitamini və digər maddələrə əsaslanan preparatlar olduqca populyarlaşdı. Lakin, heç bir elmi araşdırma onların prostat xərçənginin qarşısının alınmasında effektivliyini təsdiq etməmişdir.

 

2. Prostat xərçəngi xəstəliyi yalnız yaşlı kişilərdə inkişaf ediryalandır!

 

Bu xəstəlik daha çox 65 yaşdan yuxarı kişilərdə rast gəlsə də, son vaxtlar                 onun statistikası “cavanlaşır”. Xüsusilə genetik meyliyi (irsi faktor) olan                 kişilərə aiddir – onlar 40 yaşından başlayaraq müayinədən keçməlidirlər.

 

 

 

 

 

3. Cinsi əlaqədən çəkinmək prostat xərçənginə səbəb ola bilərdüz fikir deyil!

uroloq onkoloq prostat biopsiya

 

Cinsi əlaqənin tezliyi və ya olmamasının bu xəstəliyin inkişaf riskinə hər hansı bir təsiri olduğuna dair heç bir elmi sübut yoxdur. Bununla belə, bəzi tədqiqatlar göstərir ki, müntəzəm cinsi əlaqə prostatın sağlamlığına müsbət təsir göstərə bilər, lakin bu, xərçəngin birbaşa qarşısının alınması deyil.

 

 

 

4. Рrostat xərçənginin qarşısının alınması üçün vegetarian pəhriz effektivdir yalandır! Rasionda tərəvəz və meyvə həqiqətən faydalıdır, ancaq özünüzü onlarla məhdudlaşdırmamalısınız. Pəhriz optimal miqdarda zülallar, karbohidratlar və yağlarla balanslaşdırılmalıdır. Xüsusilə, prostat vəzi xərçənginin qarşısının alınması üçün tərkibində Omeqa-3 olan qidalar yemək vacibdir: dəniz məhsulları, qoz, avokado, kətan toxumu, balqabaq və çia tumları.

5. Qəhvə prostat xərçənginin yaranma riskini artırır inanmayın! Müasir tədqiqatlar göstərir ki, bu içkinin orta səviyyədə qəbulu, əksinə, xəstəliyin ehtimalını 9-12% azaldır və prostat xərçəngi olan xəstələrdə sağ qalma şanslarını 16% artırır.

 

 

Prostat vəzini qorumaq heç də çətin deyil – sadəcə tərzinizə rutin olaraq bəzi sağlam vərdişlər əlavə edin. Burada kömək etmək üçün bir neçə əsas addım var:

 

  1. Sağlam həyat tərzi – prostat xərçəngi riskini azaltmaq üçün zərərli vərdişlərdən imtina etməlisiniz. Siqaret və alkoqoldan sui-istifadə ümumi sağlamlığa mənfi təsir göstərir və bədxassəli şişlərin inkişafına kömək edə bilər.
  2. Prostat vəzin iltihabi xəstəliklərin zamanında müalicəsi – Prostat vəzinin toxumalarında struktur dəyişikliklərinə səbəb olan xroniki iltihablı proseslər prostat xərçənginin inkişafına təkan verə bilər.
  3. Prostat xərçənginin əmələ gəlməsi qarşısının alınması üçün idmanın və fiziki aktivliyin xüsusi rolu var. Elmi araşdırmalar göstərir ki, aktiv həyat tərzində yaşayan kişilərdə prostat xəstəliklərinin inkişaf riski daha azdır. Müntəzəm məşqlər normal çəki saxlamağa köməklik edir – və piylənmə, bilindiyimiz kimi, istənilən xərçəng növlərinin inkişaf riskini artırır.
  4. Prostat vəzinin müntəzəm müayinəsi – çox önəmli profilaktik bir tədbirdir. Hər bir kişi ildə bir dəfə uroloji (rektal digital) müayinədən keçməlidir. Əlavə olaraq prostat vəzinin ultrasəs müayinəsindən və prostat spesifik antigenin (PSA) səviyyəsi üçün qan testindən keçmək məsləhətdir. Bu, 50 yaşdan yuxarı kişilər (şikayyətləri və risk faktorları olmadığı hallarda) üçün xüsusilə vacibdir və irsi meyliliyi olanlar 40 yaşında illik skrininqlərə başlamalıdırlar. Prostat xərçənginin erkən aşkarlanması uğurlu müalicə şansını əhəmiyyətli dərəcədə artırır.

 

Qeyd etmək lazımdır ki, bu profilaktik tədbirlər 100% zəmanəti vermir. Riskləri azalda və prostat vəzinin sağlamlığına nəzarət edə bilərsiniz. Amma bu nəticə vermirsə və bədxassəli şiş əmələ gəlibsə, bu ölüm hökmü deyil. Bu sadəcə diaqnozdur. Müasir tibb, effektiv cərrahi və konservativ müalicə üsullardan istifadə edərək bu xəstəliyin uğurla müalicə etməyə imkan verir.